Arxiv
Zen-Yaradıcılıq
Natavan
Yazıçı · 4 oktyabr 2026 · 5 dəq oxu

Məşhur bir Zen hekayəsi var.
Bir Zen ustası rəsm çəkirdi. Və baş müridini (şagird) yanına oturdub rəsm mükəmməl olduqda ona deməyini istəyib. Mürid də, usta da narahat idi. Çünki mürid ustasının qeyri-mükəmməl bir şey etdiyinin heç vaxt şahidi olmamışdı. Lakin o gün hər şey tərs getməyə başlayır. Usta çalışır və cəhd etdikcə daha da pis olur.
Yaponiya və Çində xəttatlıq sənəti düyüdən hazırlanan kağızın üzərində edilir. Çox həssas, çox zərif bir kağızın üzərində. Əgər bir anlıq tərəddüd etsən o həmin anda başa düşülür, çünki mürəkkəb düyü kağızında yayılır və yazını pozur. Yüz illər boyunca xəttatın nə zaman qərarsız qaldığı əsərinə baxarkən başa düşülüb. Iti gözə sahib olan bir şəxs dərhal “Bu bir Zen rəsmi deyil” deyə bilir. Çünki Zen rəsmi anlıq və axıcıdır.
Usta əsərini mükəmməl etməyə çalışır və çalışdıqca tərləyir. Yanındakı müridi məyus şəkildə başını xeyr bu mükəmməl olmadı deyə sallayır. Bununla da usta gedərək daha çox səhv edirdi.
Mürəkkəbin qurtarmağını görən usta müridini yeni mürəkkəb hazırlamağa yollayır. Mürid çöldə mürəkkəbi hazırlayarkən usta sənət əsərini yaratdı. Mürid geri qayıdanda “Usta, axı bu mükəmməldir! Necə oldu?” deyə soruşur.
Usta güldü: “Bir şeyin fərqinə vardım. Sənin varlığın, təqdir ya da tənqid edə biləcəyin fikri, hə ya da yox deməyin, mənim daxili hüzurumu narahat etdi. Artıq bir də narahat olmayacam. Daha öncəki rəsmlərin mükəmməl olmamasının tək səbəbi, onları mükəmməl etməyə çalışmam olduğunu anladım.”
Bir şeyi mükəmməl etməyə çalışsan o mükəmməl olmaqdan qalar. Mükəmməl olan təbiətə məxsusi olaraq et, gəldiyi kimi, o zaman mükəmməl olar. Ona görə də bir şeyi həddindən artıq edəndə onu yox edirsən.
“Yaradıcılıq məhz həmin anda baş verir. Mürid mürəkkəbi hazırlamağa gedəndə...”
Nə zaman bir şey göstərməyə çalışsaq əslində eqomuz üçün qida axtarmış oluruq. Ətrafımızdakı insanlara baxarkən özümüzün mənbəyini unuduruq. Başqalarının fikirləri bizə maraqlı gəlir və nəticədə kimsə bizim haqqımızda bir şey demir. Insanlar bizim haqqımızda fikir səsləndirərkən, əslində özləri haqqında danışarlar.
Əminəm ki, Zen hekayəsində ustanın yaşadığı bu hiss hamınıza tanışdır. Tək başına olarkən zövq aldığımız, mükəmməl etdiyimiz bir şeyi başqalarının yanında göstərəndə həyəcanlanırıq, beynimizdə “birdən” tipli qarışıq fikirlər gedir və yekun rəy bizi maraqlandırır, narahat edir.
Bu mənim üçün də belədir. Məktəb illərində evə qonaqlar gələndə və məndən pianino çalmağımı istəyəndə hər dəfə səhv çalırdım, həyəcanlanırdım və istədiyim kimi zövq ala bilmirdim. Tez çalım qurtarsın deyirdim. Amma yalnız olarkən yanınızda sizi mühakimə edəcək biri olmur, bu dəfə mükəmməl çalmalıyam demirsən və pianinoda ifa-əllərin ağlı-qaralı dillərdə rəqs etməyindən çox bəstəkarın ruhani dünyasına daxil olmaq və onu anlıq yaşamaq olur. Artıq hər şey harmoniyadadır və sən bir növ fəlsəfi sürrealist təcrübə yaşayırsan...
Mənbə: Osho "Yaradıcılıq-içindəki gücləri sərbəst burax"
Qeyd: bu yazı 2018-ci ildə natadan.com bloqunda dərc edilmişdi